Rusiya fəhlə axtarır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Rusiya fəhlə axtarır

Rusiya fəhlə axtarır


Rusiya Federasiyası baş naziri Dmitri Medvedev 2018-ci ildə futbol üzrə Dünya çempionatının keçirilməsi üçün inşa edilən obyektlərdə işə cəlb edilən xarici və vətəndaşlığı olmayan şəxslərə Rusiyada müvəqqəti yaşayış üçün icazənin sadələşdirilməsi haqqında qərar qəbul edib.

Oxu.Az xəbər verir ki, müvafiq sənəd Rusiya Nazirlər Kabinetinin saytında dərc edilib.

Qərara müvafiq olaraq işverən və sifarişçilər xarici işçilərin Rusiya ərazisinə gəlmələri üçün dəvəti asanlaşdıra və tez şəkildə qeydiyyatdan keçirə bilərlər. İndi belə ərizələrin baxılma müddəti 15 sutkaya qədər azaldılıb. İşçilər isə öz növbəsində iş və müvəqqəti yaşayış üçün 50 sutka müddət ərzində izin ala bilərlər.

Bu yenilik yalnız Dünya çempionatının keçiriləcəyi obyektlərin tikilməsi üçün mülki-hüquqi müqavilələr bağlamış hüquqi və ya fiziki şəxslərə aiddir.

İzahat sənədində bildirilir ki, qəbul edilmiş qərar, 2018-ci ildə Rusiyada futbol üzrə Dünya çempionatının keçirilməsi üçün bütün lazımi şəraitin yaradılması üzrə tədbirlər kompleksini zamanında həyata keçirməyə imkan verəcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *