Hökumətdən evsiz ailələr üçün 200 mln. manat » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Hökumətdən evsiz ailələr üçün 200 mln. manat

Hökumətdən evsiz ailələr üçün 200 mln. manat


“İpoteka kreditləşməsinin şərtlərinin sadələşdirilməsi istiqamətində Azərbaycan Mərkəzi Bankı və Maliyyə Nazirliyi daha da koordinasiyalı iş görür”.

Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Dövlət Televiziyasına müsahibəsində (AzTV) deyib.

"Ölkə başçısı Nazirlər Kabinetinin son iclasında bununla bağlı bir daha öz tapşırıqlarını verdi. Mərkəzi Bank Maliyyə Nazirliyi ilə danışıqları yekunlaşdırıb. Deyə bilərəm ki, Maliyyə Nazirliyi ilə bizim aramızda bir konsensus var", - deyə E. Rüstəmov bildirib.

Baş bankir qeyd edib ki, yekun qərar qəbul olunmadığına görə, o, yalnız gözlənilən yeniliklərin başlıca istiqamətlərini açıqlaya bilər. Onun sözlərinə görə, ilin sonuna kimi dövlət büdcəsindən ipoteka kreditləşməsinin maliyyələşdirilməsinə 200 mln. manat yönəldiləcək. Vəsait Mərkəzi Bankın krediti hesabına ayrılacaq, lakin Maliyyə Nazirliyi əməliyyata dövlət zəmanəti verəcək.

Həmçinin bax: Manatın növbəti kəskin ucuzlaşması?

“Bu vəsaitin müəyyən bir hissəsi sosial ipotekaya, müəyyən hissəsi isə kommersiya ipotekasının maliyyələşdirilməsinə yönəldiləcək”, - deyə AMB rəhbəri bildirib.


Mərkəzi Bankın sədri Elman Rüstəmov
Hökumətdən evsiz ailələr üçün 200 mln. manat

E. Rüstəmov bildirib ki, yeniliklərdən biri də həm sosial, həm də kommersiya ipotekası üzrə faiz dərəcələrinin aşağı salınmasından ibarətdir.

“Bundan başqa, əhali daha çox ipoteka kreditlərinin maksimal məbləğinin azlığından şikayət edirdi. Bu səbəbdən vətəndaşlar daha çox təkrar mənzil bazarına üz tutmalı olurdu. Bunu nəzərə alaraq, həm sosial, həm də kommersiya ipoteka üzrə maksimal məbləğləri 2 dəfə artırmağı nəzərdə tuturuq”, - deyə o qeyd edib.

Mərkəzi Bank rəhbərinin sözlərinə görə, gələn il ipoteka kreditlərinin maliyyələşdirilməsinə daha əhəmiyyətli vəsait yönəldilə bilər və bununla bağlı da maliyyə naziri Samir Şərifovla danışıqlar olub.

E. Rüstəmov qeyd edib ki, ipoteka kreditləşməsi ölkənin tikinti sektorunun inkişafına güclü təkan verə bilər ki, bu da ümumilikdə iqtisadi inkişafa müsbət təsir edəcək. “Bununla yanaşı, məsələnin sosial tərəfi də var ki, əhalinin mənzil təminatı problemi öz həllini tapacaq”, - deyə o bildirib. / APA

Baş bankir onu da bildirib ki, Azərbaycan manatının fevral ayında baş verən korreksiyasından sonra milli valyutamızın məzənnəsi sabitləşib. Son aylar manatın məzənnəsi öz sabitlik nöqtəsini axtarır və demək olar ki, tapmaqdadır.
Hökumətdən evsiz ailələr üçün 200 mln. manat


AZN məzənnələrin siyahısı

E.Rüstəmov bildirib ki, Mərkəzi Bank son iki ayda valyuta ehtiyatlarını artırmaqdadır Onun sözlərinə görə, Azərbaycan 120 milyon dollardan artıq valyuta alıb: "Təxminən 300 milyon dollardan da çox bizim banklarla əməliyyatımız oldu. Onlar öz valyutalarını bizə təklif etdilər, onun əvəzində biz bazarda manat təklifini, aclığını azaltmaq üçün banklara manat təklif etdik".

E. Rüstəmovun sözlərinə görə, Mərkəzi Bank Azərbaycanın yaxın ticarət tərəfdaşı olan ölkələrdə baş verən proseslərin analizini aparır.

"Belə bir şəraitdə Azərbaycan makroiqtisadi inkişaf nümayiş etdirməyi bacarır. Altı ayın yekunlarına görə, milli iqtisadiyyatımız 5,7% artıb. Qeyri-neft sektoru 9%-dən yüksək artıma nail olub. Ölkədə investisiya fəallığı davam edir və fərəhləndirici haldır ki, xarici investisiyalar daxili investisiyaları üstələyir. Altı ay ərzində inflyasiya 3,5% səviyyəsində saxlanılıb. Bu, regionda ən aşağı göstəricilərdən biridir".

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 18 avqust 2015 16:18
  • Yazan: Nilotpal
A simple and ingtnlieelt point, well made. Thanks!

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *