“Accessbank”da dəhşət: borca görə özünü və bank işçisini yandırmaq istədi » AzNews.info -Xəbər portalı

“Accessbank”da dəhşət: borca görə özünü və bank işçisini yandırmaq istədi

“Accessbank”da dəhşət: borca görə özünü və bank işçisini yandırmaq istədi

İyulun 13-də “Accessbank” ASC-nin İmişli şəhərində yerləşən filialının qarşısında qalmaqal olub.

Beyləqan rayonunun Qarallar kəndinin sakiniCahangir Ağayev intihara cəhd edib. Bu barədə “Azadlıq” radiosuna hadisənin şahidləri məlumat verib.

Şahidlərin dediyinə görə, Cahangir Ağayev əvvəlcə filialın yerləşdiyi ofis önündə bank işçilərindən birinə zəng vuraraq bayıra çıxmağını tələb edib. Həmin şəxs həm özünün, həm də filial işçisinin üzərinə benzin töküb. Sonuncu qaçmaqla canını yanğından qurtara bilib.

Hadisə yerinə çoxsaylı polis əməkdaşları gəlsə də onlar da bir müddət Cahangir Ağayevə yaxınlaşa bilməyiblər.

Lakin İmişli polisinin əməkdaşları C.Ağayevi zərərsizləşdirə və onu polis şöbəsinə aparmağa müvəffəq olublar.

“Accessbank” ASC İmişli filialının müdiri Eldar Fərhadov hadisənin baş verdiyini təsdiqləyib: “Bu şəxs bizim müştərimiz olub. Onu narazı salan kredit ödənişində gecikməyə görə əməkdaşımızın evinə getməsi olub. Biz problemli kreditlərlə bağlı məhkəməyə başqa banklarla müqayisədə çox az müraciət edirik. Çalışırıq danışıqla problemi yoluna qoyaq. Bank əməkdaşının onun qapısına getməyi də xoşməramlı olub”.

İmişli Rayon Polis Şöbəsindən bildirildi ki, saxlanılıb polis şöbəsinə aparılan C.Ağayev izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *