Rusiyada yoxsulların sayı çoxalıb
Rusiyada 22 milyon nəfər yoxsulluq içində yaşayır.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Olqа Qolodets “Rossiya-24” telekanalına müsahibəsində deyib.
“Çox təəssüf ki, proqnozlar özünü doğruldur. Rəsmi məlumata əsasən yoxsulluq içində yaşayan əhalinin sayı 22 milyon nəfərə çatıb. Bu rəqəm kritik səviyyədir”, - Olqа Qolodets deyib.
Rusiya Federal Statistika Xidmətinin hesabatında ölkədə yoxsulluq həddində yaşayan əhalinin sayı keçən illə müqayisədə 3,1 milyon nəfər artaraq 21,9 milyon nəfərə yüksəlib.
Yoxsul əhalinin sayının artmasında inflyasiya rəqəmlərinin artması və gəlirlərin azalması da rol oynayıb.
Mənbə:> Oxu.Az