AMB sədri manatın məzənnəsindən danışdı » AzNews.info -Xəbər portalı

AMB sədri manatın məzənnəsindən danışdı – VİDEO

AMB sədri manatın məzənnəsindən danışdı

“Biz risk zonasından əhəmiyyətli dərəcədə uzağıq”.

Hələ Avropa Oyunları başlamazdan əvvəl bəzi mətbuat orqanlarında, eləcə də sosial şəbəkələrdə müxtəlif şaiyələr dolaşırdı.

Onlardan biri oyunlar bitdikdən sonra manatın məzənnəsinin ucuzlaşacağı ilə bağlı idi. Guya milli valyuta məhz Avropa Oyunları zamanında dövlət tərəfindən sabit saxlanır və s.

Oxu.Az xəbər verir ki, bu gün Mərkəzi Bankın sədri Elman Rüstəmov bu iddialara cavab verib. Baş bankir ANS-in suallarını cavablandırarkən bu ölkənin maliyyə vəziyyətilə bağlı gözləntilərini də açıqlayıb:

“Neftin qiymətində ciddi dəyişikliklər baş verərsə, yəni 40 dollar olsa belə, Azərbaycan üçün təhlükəli deyil. Hazırda neftin bugünkü qiyməti 59 dollardır. Biz risk zonasından əhəmiyyətli dərəcədə uzağıq. Belə olan halda manatla bağlı heç bir problem görmürəm”.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *