Manat dolları ötəcək » AzNews.info -Xəbər portalı

Manat dolları ötəcək

Manat dolları ötəcək

Neftin dünya bazarında qiyməti Azərbaycan üçün valyuta və maliyyə stabilliyi baxımından olduqca vacibdir.

Bunu anspress-ə açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov söyləyib.

Mütəxəssis neftin bahalaşmasının ölkəmizə nə vəd edəcəyi haqqında fikirlərini açıqlayıb: "Bildiyimiz kimi, Azərbaycan da neft ixrac edən ölkədir. Bunun üçün də ölkənin formalaşmasında neft sektorunun payı kifayət qədər yüksəkdir. Neftin bahalaşması Azərbaycan iqtisadiyyatı üçün birmənalı şəkildə müsbət təsirlərə malikdir. Nəzərə alsaq ki, bu bahalaşma dövlət gəlirlərində artıma nail olmaq üçün Azərbaycana imkan verir, bu, birmənalı şəkildə dövlət gəlirlərinin artmasına müsbət təsir göstərir.

Neftin dünya bazarında qiyməti Azərbaycan üçün valyuta və maliyyə stabilliyi baxımından olduqca vacibdir. Nəzərə alaq ki, manatın stabilliyi üçün ölkəyə daxil olan xarici valyutanın həcmi üçün də bu, çox vacibdi. Manatın stabilliyi üçün əsas faktorlardan biridir".

İqtisadçı hesab edir ki, dünya bazarında neftin qiymətinin yüksəlməsi Azərbaycanda milli valyutanın və maliyyə stabilliyinin qorunması baxımından müsbətdir: "Bu, həm də manatın dollara nisbətdə olan məzənnəsinin yüksəlməsini müşahidə etməyə imkan verəcək. Bütün faktorları nəzərə alsaq, neftin dünya bazarında qiymətinin yüksəlməsi Azərbaycan iqtisadiyyatı üçün müsbət təsirlərə malikdir".

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *