Bərdədə intihar edən şəxsin kredit borcu var idi?
İyulun 8-də Bərdə rayonunda intihar etmiş Elşad Vaqif oğlu Dadaşovun kredit borcu olmayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda deyilir.
Qeyd olunur ki, məsələ ilə bağlı araşdırmalar aparılıb. Nəticədə həmin şəxsin hər hansı kredit təşkilatına borcu olmadığı müəyyən edilib.
“Ümumiyyətlə baş verən hadisənin bununla əlaqəsi yoxdur. Belə məlumatları yayanlara tövsiyə edirik ki, bu kimi həssas sosial və mənəvi məsələlərə dair informasiyanın yayılmasından öncə onun yoxlanılmasını təmin etsinlər”, - deyə Mərkəzi Bankın məlumatında vurğulanıb.
Qeyd edək ki, son günlərdə bir sıra mətbu orqanlarda 8 iyul 2015-ci il tarixində Bərdə rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı gedən yazılarda guya həmin hadisədə həyatına sui-qəsd edən E. Dadaşovun kredit borcuna görə intihar etdiyi önə çəkilib.
Mənbə:> Oxu.Az