Miller: Azərbaycan qaz tədarükünü bərpa etməyi xahiş edib
Azərbaycan “Qazprom”dan qaz tədarükünü başlamağı xahiş ebib və tədarük artıq bu il başlaya bilər və ildə bir neçə milyard kub metr təşkil edə bilər.
Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə “Qazprom”un rəhbəri Aleksey Miller bu gün mətbuat konfransında deyib.
“Azərbaycanlı həmkarlarımız bizə ən yaxın zamanlarda Rusiya qazının Azərbaycana tədarük olunması ilə bağlı xahişlə müraciət ediblər” - Miler deyib.
“Azərbaycan iqtisadiyyatı artır, daxili tələbat da artır. Söhbət ildə bir neçə milyard kub metr həcmdə çatdırılma əsasında orta-uzunmüddətli müqavilədən gedir. Tədarük artıq bu ilin sonundan başlaya bilər”, - o əlavə edib.
Miller həmçinin xatırladıb ki, bu ilin sonuna qədər Azərbaycan qazının Rusiyaya çatdırılması müqaviləsi qüvvədədir, lakin müqavilə əsasında tədarük artıq həyata keçirilmir.
“Cari dövrdə tədarük həyata keçirilmir. Tədarük artıq ötən ilin ortalarından yoxdur”, - holdinq rəhbəri deyib.
Mənbə:> Oxu.Az