Bu avtomobili 5-ci dəfədir alan yoxdur » AzNews.info -Xəbər portalı

Bu avtomobili 5-ci dəfədir alan yoxdur

Bu avtomobili 5-ci dəfədir alan yoxdur


Əmlak Məsələləri Dövlət Komitəsi iyulun 21-də hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Oxu.Az xəbər verir ki, iyulun 21-də keçiriləcək hərraca 24 ədəd avtomobil çıxarılacaq.
Hərracda ən köhnə avtomobil 1987-ci il istehsalı olan Traktor T-40, 445 manata, ən yeni avtomobil (2005-ci il istehsalı) QAZ-31105-120 isə 1784 manata auksiona çıxarılacaq.

Bundan əlavə, 1993-cü il istehsalı olan Mercedes Benz E 320 start qiyməti 3778 manat, 1998-ci il istehsalı olan Nissan Maxima 1463 manata hərraca çıxarılacaq.

Qeyd edək ki, hərracda Traktor MTZ-80, ZİL-MMZ və QAZ markalı avtomobillərin müxtəlif növləri də yer alacaq.

Xatırladaq ki, Nissan Maxima 5-ci dəfə 50% endirimlə hərraca çıxarılacaq.

Məlumat üçün bildirək ki, Bakının avtomobil bazarında 1998-ci il istehsalı olan Nissan Maximanın qiyməti 2 500 dollar və ya 2 620 manatdır.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *