Bakıda “Chevrolet Epica” 3 dəfə ucuz qiymətə satıldı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Avto

Bakıda “Chevrolet Epica” 3 dəfə ucuz qiymətə satıldı

Bakıda “Chevrolet Epica” 3 dəfə ucuz qiymətə satıldı


Əmlak Məsələləri Dövlət Komitəsi iyunun 16-da keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Oxu.Az komitəyə istinadən xəbər verir ki, hərraca çıxarılan 6 avtomobildən 6-sı da satılıb.

Qeyd edək ki, bütün avtomobillər başlanğıc qiymətinə alınıb.

Belə ki, Chevrolet Epica 3 604, QAZ 66-11, 1 080, 2004-cü il istehsalı olan Tofaş Şahin 1 918, 2005-ci il istehsalı olan Tofaş Şahin 2 094, Peugeot 406 isə 1 748 manata satılıb.

Xatırladaq ki, iyunun 16-da keçirilən hərraca 2007-ci il istehsalı olan 2 ədəd 2007-ci il istehsalı olan Chevrolet Epica, 1993-cü il istehsalı olan QAZ 66-11, 2004 və 2005-ci il istehsalı olan Tofaş Şahin, 2002-ci il istehsalı olan Peugeot 406 avtomobilləri çıxarılmışdı.

Məlumat üçün bildirək ki, Bakının avtomobil bazarında 2007-ci il istehsalı olan Chevrolet Epicanın qiyməti 11 000 dollar və ya 11 544 manat, 2004-cü il istehsalı olan Topaş Şahin 3 900 dollar və ya 4 093 manat, 2005-ci il istehsalı olan Topaş Şahin isə 5 500 dollar və ya 5 772 manatdır.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *