Dövlət 3 min manata KAMAZ satır » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial, Avto

Dövlət 3 min manata KAMAZ satır

Dövlət 3 min manata KAMAZ satır


Əmlak Məsələləri Dövlət Komitəsi 2015-ci il aprelin 7-də hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Bu barədə Oxu.Az-a komitədən məlumat verilib.

Belə ki, hərracda 2004, 2005, 2006-cı il istehsalı olan UAZ-31519, 1 ədəd 2006-cı il istehsalı olan UAZ-396259 avtomobili yer alacaq. Bundan başqa 1992-ci il istehsalı olan KAMAZ-43101 avtomobili də hərraca çıxarılacaq. Avtomobilin başlanğıc qiyməti 2 800 manat təşkil edir.

2007-ci il istehsalı olan “Nissan Maxima”, 1994-cü il istehsalı olan Mercedes Benz 300 D də hərraca çıxarılan avtomobillərin siyahısındadır.

Qeyd edək ki, hərracda ən ucuz avtomobil 2004-cü il istehsalı olan UAZ-31519-dir. Qiyməti 1 621 manat. Ən bahalı avtomobil isə “Nissan Maxima”dır - 4 860 manat. Bundan başqa məlumat üçün bildirək ki, avtomobil bazarlarında 1993-cü il istehsalı olan KAMAZ-43101 markalı avtomobilin qiyməti 21 min dollardır.

Xatırladaq ki, hərraclar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *