Qadın şəkilli dollar...
Üzərində yalnız ABŞ prezidentlərinin əkslərini görməyə adət etdiyimiz dollarda qadın təsviri olacaq.
ANS PRESS-in məlumatına görə, ABŞ Xəzinədarlıq Departamenti emal ediləcək yeni 10 dollarlıq əskinazda qadın şəkilinin yerləşdiriləcəyini bildirib. Amma o qadının kim olacağı hələ məlum deyil və ilin sonuna qədər qərarlaşdırılacaq.
Xəzinədarlıq Departamenti yenidənqurmanın əsas məqsədini saxta pul kəsənlərə mane olmaq üçün əlavə tədbirlərin görülməsi kimi izah edir.
Yeni əskinaz 2020-ci ildə qadına seçim hüququ verən konstitusiyaya 19-cu düzəlişin 100-cü il dönümündə dövriyyəyə buraxılacaq. Bu müddətdə isə xəzinədarlıq seçim üçün ictimai fikirlə maraqlanacaq.
Hazırkı əskinazlarda yalnız keçmiş ABŞ siyasi liderləri əks olunub. Xəzinədarlıq Departamentinin seçəcəyi qadın hazırkı əskinazda əks olunmuş Amerika inqilabının əsas fiqurlarından biri və ABŞ Xəzinədarlığının ilk katibi olan Aleksandr Hamiltonu əvəzləyəcək. Hamiltonun təsviri 1929-cu ildən bəri bu əskinazda əks olunur. O, Benjamin Franklinlə birgə ABŞ əskinazlarında əks olunan və prezident olmayan 2 siyasi fiqurdan biridir.
Mənbə:> ANSPRESS