Türkiyə ayrandan 16 milyon dollar qazandı
Türkiyə son beş ildə 16 ölkəyə ayran ixrac edib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunun qarşılığında isə türklər 16 milyon dollar qazanıb.
Qəzet yazır ki, 16 ölkə arasında Azərbaycan da yer alıb:
“Belə ki, türk ayranı Gürcüstan, Azərbaycan, Kosovo, İraq, İran, Sinqapur, Türkmənistan, Liviya, Küveyt, Özbəkistan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bosniya və Herseqovina, ABŞ, İordaniya və Yəmənə satılıb”.
Bundan başqa, son beş ildə İraq ayrana görə, Türkiyəyə 10 milyon 228 min 585 dollar ödəyib.
Qeyd edək ki, 2014-cü ildə Türkiyədə ayran istehsalı yarım milyon ton olub.
Xatırladaq ki, bu ilin ilk 4 ayında 198,5 tonluq ayran ixracatına qarşılıq Türkiyə 137 min 899 dollar gəlir əldə edib.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli