Neft bahalaşdı
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,31 dollar bahalaşaraq 65,53 dollar olub.
Oxu.Az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,36 dollar artaraq 61,16 dollar təşkil edib.
Qeyd edək ki, OPEK-in son qərarından sonra ekspertlər neftin qiymətinin azalacağını bildirsələr də, əksinə olaraq bahalaşma müşahidə olunur.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli