Neft kəskin bahalaşdı
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 2.37 dollar bahalaşaraq 65.22 dollar olub.
Oxu.Az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2.42 dollar artaraq 60.80 dollar təşkil edib.
Qeyd edək ki, OPEK-in son qərarından sonra ekspertlər neftin qiymətinin azalacağını bildirsələr də, əksinə olaraq bahalaşma müşahidə olunur.
Mənbə:> Oxu.Az