Azərbaycanda yeni şura yaradıldı » AzNews.info -Xəbər portalı

Azərbaycanda yeni şura yaradıldı

Azərbaycanda yeni şura yaradıldı


Azərbaycan Nazirlər Kabineti “Texnologiyalar Parkının Ekspertlər Şurası haqqında Əsasnamə”ni təsdiq edib. Bu barədə Trend Nazirlər Kabinetinin mətbuat xidmətinə əsasən məlumat verir.

Ekspertlər Şurası texnologiyalar parkında texnoparkın rezidenti kimi qeydiyyata alınması ilə əlaqədar müraciət etmiş ərizəçilər tərəfindən təqdim olunan innovasiya və ya yüksək texnologiya layihəsinin qiymətləndirilməsi və müvafiq rəyin hazırlanması, layihələrin, elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi, innovasiya məhsulunun hazırlanması və ya işlənməsi sahəsində nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və onların tətbiqinə dair təkliflərin hazırlanması məqsədi ilə yaradılır.

Ekspertlər Şurası dövlət orqanlarının, elm, təhsil, investisiya, özəl və qeyri-hökumət təşkilatlarının nümayəndələri, müstəqil yerli və xarici ekspertlərin iştirakı ilə 7 (yeddi) nəfərdən ibarət tərkibdə təşkil edilir. Ekspertər Şurasının üzvlərinin səlahiyyət müddəti 2 (iki) ildir.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *