Varlıların Həcc ziyarəti » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Varlıların Həcc ziyarəti

Varlıların Həcc ziyarəti


Türkiyədə müqəddəs torpaqları ziyarət etməyə hazırlaşan 200 zəvvar 23 000 avroluq paketlə Həccə gedəcək. ANS PRESS-in məlumatına görə, bu paketə bəzi əlavə xidmətlər daxildir.

29 sentyabrda başlayacaq və 12 gecə 13 gün davam edəcək ziyarətdə zəvvarlar 5 və 7 ulduzlu otellərdə qalmaq imkanı əldə edəcəklər.

Bundan başqa, bahalı paketin sahibləri 24 saat özəl həkim, molla və duaxanın (dua oxuyan) xidmətindən istifadə edə biləcək. 23 000 avrodan keçmiş hər 5 zəvvara 1 bələdçi düşür.

Həmin zəvvarlar şeytan daşlama məkanına və s. müəyyən yerlərə xüsusi avtomobil və helikopterlə gedə biləcəklər. Ərafat dağında isə bu zəvvarlar "İsveç süfrəsi" ilə təchiz olunmuş lüks çadırlardan istifadə edəcəklər.

23 000 avro ödəyənlər daha 2 000 avrolarından keçməklə pəncərələri müqəddəs Kəbəyə baxan "Raffles" oteldə qala bilərlər.

Turizm şirkətinin nümayəndəsi Həcc ziyarəti qabağı iştirakçılara xüsusi xidmətlər göstərdiklərini bildirib: "Ziyarətdən əvvəl hacı namizədləri üçün seminarlar təşkil edirik. Bu seminarlarda qonaqlarımıza Həcc ziyarəti haqqında ərtaflı məlumatlar veririk. Məlumatları özəlliklə vizual materiallarla dəqiq bir şəkildə izah edirik. Yəni, gələcək zəvvarlara virtual olaraq Kəbəni tanıtırıq."

Qeyd edək ki, bu il oktyabrın 4-də (10 zilhəccə) Qurban bayramının ilk günüdür.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *