2 mindən çox əcnəbi Azərbaycandan çıxarıldı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

2 mindən çox əcnəbi Azərbaycandan çıxarıldı

2 mindən çox əcnəbi Azərbaycandan çıxarıldı


2015-ci ilin aprel ayında 2243 nəfər əcnəbi Azərbaycandan çıxarılıb.

Bu barədə Oxu.Az-a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

DMX-nın məlumatına görə, onlardan 16-nın Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 163 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb.

Bundan əlavə, 1781 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərketmələri, 462 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Bundan başqa müxtəlif məsələlər üzrə Xidmətə 9000 müraciət daxil olub:

“Müraciətlər ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcədə vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı olub”-deyə, məlumatda deyilir.

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 50821 əcnəbinin müraciəti qeydə alınıb.

Bundan başqa, yoxlamalar zamanı məlum olub ki, 23 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması qaydaları pozulub.

Qeyd edək ki, Xidmət müvafiq tədbirlərini davam etdirir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *