Aprelin 1-dən bu qanun dəyişir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Aprelin 1-dən bu qanun dəyişir

Aprelin 1-dən bu qanun dəyişir


Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin nəzərinə! Miqrasiya Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, miqrasiya məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 24 fevral 2015-ci il tarixli qanununa əsasən məcəllənin maddəsində dəyişiklik edilib. “İnformasiya ehtiyatı, poçt,” sözləri “informasiya ehtiyatı,” sözləri ilə əvəz edilib.

Beləliklə, bu il aprelin 1-dən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı poçt şöbələrində aparılmayacaq. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyat üçün Dövlət Miqrasiya Xidmətinin www.migration.gov.az saytına daxil olmaqla elektron qaydada və yaxud xidmətin regional miqrasiya idarələrinə birbaşa müraciət etməklə qeydiyyata düşməlidirlər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.

Əlavə məlumat üçün (012) 919 nömrəsinə müraciət edə bilərsiniz.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *