Azərbaycanda ev almaq üçün maaşın nə qədər olmalıdır? – DİAQRAM
Azərbaycan İpoteka Fondu (AİF) 2015-ci ilin 1-ci rübü üzrə borcalanların aylıq gəlirinə görə pay bölgüsünü açıqlayıb.
Oxu.Az Azərbaycan İpoteka Fonduna istinadən xəbər verir ki, 33.3% borcalanın maaşı 1100 manatdan yuxarıdır. 21,6% borcalanın maaşı 700-900 manat arasında, 19.4% ipoteka krediti götürənlərin maaşı 500-700 manat arasında dəyişib.
Bundan başqa, borcalanalrın 15%-nin maaşı 900-1100 manat arasında olub.
Fondun məlumatına görə, maaşı 300- dən aşağı olan şəxlərə də ipoteka krediti verilib:
Belə ki, 8.1% borcalanın maaşı 300-500 manat arasında dəyişib. Fondun məlumatına görə, 2.7% borcalanın maaşı 300 manatdan aşağı olub.
Məlumat üçün bildirək ki, borcalanların 67.5%-i evli, 32,5%-i isə subay olub. Xatırladaq ki, borcalanların 57.3%-i özəl, 47.7%-i dövlət sektorunda çalışıb.
Mənbə:> Oxu.Az