Azərbaycan neftinin qiyməti 65 dollara çatdı
Azərbaycan neftinin bahalaşması davam edir.
AzNews.info APA-ya istinadən xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, London birjasında ötən həftə keçirilmiş hərraclarda “AzerLight” markalı neftin bir barelinin qiyməti 2,15% və ya 1,36 dollar artaraq 64,61 dollar olub.
Mənbə:> APA