Bakıda iki böyük prospekti birləşdirən yol bağlandı
Bakıda iki əsas prospekti - Heydər Əliyev və Ziya Bünyadov prospektlərini birləşdirən Ələsgər Qayıbov küçəsinin əsaslı yenidənqurma işlərinə başlanılıb.
"Azəryolservis" ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Sovet dövründə köhnə texnologiya və normativlərlə inşa olunan həmin küçədə drenaj xətti olmadığı üçün yol örtüyünün səthində çoxsaylı gölməçələr yaranırdı ki, bu da yol örtüyünün deformasiyası və dağılmasına səbəb olmuşdu, həmçinin avtomobillərin hərəkətinə maneə törədir.
Qeyd edək ki, yolun əhəmiyyəti nəzərə alınaraq bu gündən yolda təmir işlərinə başlanılıb. İki gediş və iki gəlişdən ibarət küçə əsaslı şəkildə yenidən qurulacaq.
Mənbə:> ANSPRESS