Bakıda tıxaclara daha bir zərbə » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto, Video

Bakıda tıxaclara daha bir zərbə – VİDEO

Bakıda tıxaclara daha bir zərbə


Əvvəllər Mətbuat prospekti ilə 20 yanvar dairəsinə uzun uzadı tıxaclarla gedirdiksə daha buna son qoyulacaq.

AzNews.info xəbər verir ki, ANS TV-nin məlumatına görə ərazidə yenidənqurma işləri aparılır.

Tıxacların qarşısının alınması üçün Qələbə dairəsində artıq təmir işlərinə başlanılıb. Məqsəd dairənin kiçildilməsidir.

Mətbuat prospektindən gələn avtomobillər daha 20 yanvar dairəsinə bir başa gedə bilməyəcəklər. Nəqliyyat Nazirliyi yaxınlığından inşa olunan körpünün altından keçməklə geri qayıdıb gedəcəklər. Çünki birbaşa gedən yol arakəsmə ilə bağlanıb. Əvvəllər Abdulvahab Salamzadə və Həsən bəy Zərdabi küçəsindən hərəkət edən nəqliyyat vasitələri dairəyə çatdıqda yolun daralması nəticəsində həmin ərazidə tıxac yaranır. Dairə isə çox böyük olduğundan ərazidə maşınların gediş-gəlişi də çətinləşir. Bu isə sürücülərin çox vaxt həmin ərazidə vaxt itirmələrinə gətirib çıxarır. Bunun qarşısının alınması üçün dairə yenidən təmirə dayanıb.Dairənin kiçildilməsi hesabına yolun hərəkət hissəsində zolaqların da sayı artırılır.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bunu çoxdan planlaşdırdıqlarını, dairənin tamamilə sökülüb və yerində balaca amma onun kimi dairə olacağını söylədi.

Təmir işləri ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət olmayacaq. İşlərin tez bir zamanda yekunlaşması üçün təmir bərpa işləri ilə məşğul olanlar gücləndirilmiş iş rejimində çalışırlar.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *