Azərbaycanda “KAMAZ” yığmağa başladılar
Bu gün “Gəncə avtomobil zavodu” İB “KAMAZ” yük maşınlarının yığılmasna start verib.
Oxu.Az xəbər verir ki, ilkin olaraq konveyerdə “KAMAZ-43114” bort yük maşınları yığılacaq, sonra isə müəssisə iribəndli yığım metodu ilə “KAMAZ-65115”-in yığılmasını mənimsəyəcək.
Gələcəkdə Azərbaycanda “KAMAZ-65117” və ağır “KAMAZ-6520” yığılmasına başlanılacaq. Bundan başqa, “KAMAZ” Azərbaycana kənd təsərrüfatı yük maşınlarının çatdırılmasına başlamaq niyyətindədir.
“KAMAZ” paralel olaraq Azərbaycanda diller və servis şəbəkələrini modernizasiya etmək niyyətindədir. Rusiya zavodunun rəhbərliyinin prioritet istiqaməti Avro-4 və Avro-5 mühərrikli “KAMAZ” avtomobilləri istehlakçılarını yüksək keyfiyyətli servislə təmin və eləcə də orijinal ehtiyat hissələri ilə təchiz etməkdir.
Yük maşınlarının əsas sifarişçilərinin Azərbaycanın müxtəlif dövlət strukturlarının, sənaye şirkətlərinin, böyük şəhərlərin bələdiyyələrinin, inşaat şirkətlərinin, daşıyıcıların olacağı ehtimal edilir.
Tatarıstan prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Rüstəm Minnixanov İnstagram-da “Gəncə avtomobil zavodu”ndan olan fotoları paylaşıb. Respublika rəhbəri “KAMAZ” avtomobillər xəttinin yığılmasının açılışında iştirak edib.
Mənbə:> Oxu.Az