Azərbaycanlıların banklara olan etibarı yüksəldi
2015-ci ilin martın 1-nə olan məlumata görə, Azərbaycan əhalisinin banklardakı əmanətləri 7 milyard 932,7 milyon manat təşkil edib.
Bu barədə Oxu.Az-a Mərkəzi Bankdan məlumat verilib.
Qeyd edək ki, bu göstərici yanvar ayının yekunu ilə müqayisədə 811,4 milyon manat çoxdur.
Xatırladaq ki, 2015-ci fevralın 1-nə əmanətlərin məbləği 7 milyard 121,3 milyon manat təşkil etmişdi.
Mənbə:> Oxu.Az