“Fitch” SOCAR-ın reytinqini müəyyən etdi
“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli defolt reytinqini (Long-Term Issuer Default Rating – IDR) “BB+”, qısamüddətli IDR-i isə “B” səviyyəsində təsdiqləyib.
“Report”un agentliyə istinadən verdiyi xəbərə görə, bundan əlavə agentlik SOCAR-ın əsas qorunmayan reytinqini (senior unsecured rating) “BB+”, reytinq üzrə proqnozunu isə sabit olaraq müəyyən edib.
“Fitch” hesab edir ki, SOCAR neft və qaz layihələrinin inkişaf etdirilməsində böyük rola malikdir və dövlət onun sosial funksiyalarını nəzərə alır.
Mənbə:> Report