“Fitch” Azərbaycan bankının yüksək reytinqini təsdiqlədi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

“Fitch” Azərbaycan bankının yüksək reytinqini təsdiqlədi

“Fitch” Azərbaycan bankının yüksək reytinqini təsdiqlədi


Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanın aparıcı korporativ bankı - “PAŞA Bank”ın yüksək reytinqini növbəti dəfə təsdiq edib.

Oxu.Az agentliyə istinadən xəbər verir ki, bankın uzunmüddətli emitentin defoltu reytinqi (EDR) “B+”, qısamüddətli EDR isə “B” səviyyəsində müəyyən olunub.

Bu reytinq ölkədə 100% yerli kapitala malik olan özəl banklar arasında ən yüksək reytinqlərdən biridir. Bankın son 12 ay ərzində mövcud əlverişli maliyyə göstəriciləri, rahat kapital səviyyəsi və likvidlik mövqeyini əks etdirir.

Qeyd edək ki, agentlik “PAŞA Bank”ın yüksək reytinqini dəyişməz olaraq saxlamaqla bazar üçün sistemik əhəmiyyətini də təsdiqləyir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *