“Moody’s” Azərbaycanın iki bankının reytinqini aşağı saldı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

“Moody’s” Azərbaycanın iki bankının reytinqini aşağı saldı

“Moody’s” Azərbaycanın iki bankının reytinqini aşağı saldı

“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycanın iki bankının kreditləşməsinin baza qiymətləndirilməsi və uzunmüddətli depozit reytinqini endirib.

“Moody’s” “Bank Respublika”nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini “B3” səviyyəsindən “Caa1” səviyyəsinədək, “Bank of Baku”nun analoji reytinqini isə “Caa1” səviyyəsindən “Caa3” səviyyəsinədək salıb.

“Bank Respublika”nın kreditləşməsinin baza qiymətləndirilməsi “b3” səviyyəsindən “caa1” səviyyəsinədək endirildiyi halda, “Bank of Baku”nun “caa1” səviyyəsində olan bu göstəricisi “caa3” səviyyəsinədək geriləyib.

Hər iki bankın reytinqi üzrə proqnoz neqativ olaraq qalıb.

“Moody’s” qeyd edir ki, cari ilin yanvar-noyabr ayları ərzində “Bank of Baku”nun xalis zərəri 35,2 mln. manata çatıb ki, bu da məcmu kapitalın kəskin azalaraq dekabrın 1-nə 24,8 mln. manata çatmasına səbəb olub. Başqa sözlə, bankın məcmu kapitalı minimal normativ tələbdən (50 mln. manat) azdır.

Bankın I dərəcəli kapitalı və kapitalın adekvatlıq əmsalı 3,8% (minimal tələb 5%) və 7,3%-dək (10%) azalıb.

“Moody’s” xatırladır ki, cari ilin iyun ayında bankın səhmdarları 91 mln. manat səviyyəsində əlavə kapitallaşma ilə bağlı qərar qəbul ediblər, lakin kapitallaşma hələ də baş tutmayıb.

Agentlik hesab edir ki, hələ bir neçə rüb “Bank of Baku” zərərlə işləməyə davam edəcək.

Səhmdarlar əlavə kapital qoyuluşunu həyata keçirərsə, “Moody’s” bankın reytinqlərini yüksəldə, reytinq üzrə proqnozu isə stabilləşdirə bilər.

Agentlik vurğulayır ki, “Bank Respublika” da zərərlə üzləşib, bu isə öz növbəsində kapitala neqativ təsir edib. Dekabrın 1-nə bankın məcmu kapitalı 39,8 mln. manata enib. “Hazırda bankın səhmdarları 10 mln. manatlıq əlavə səhm emissiyasının baş tutmasını müzakirə edir. Əgər buna dair razılıq əldə olunarsa, planlar növbəti ilin əvvəlində reallaşdırıla bilər”, - deyə məlumatda vurğulanıb.

“Moody’s” qeyd edir ki, cari ilin 11 ayı ərzində bankın kredit portfeli 17% azalıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *