Gürcüstan-Türkiyə sərhəd keçid məntəqəsi bağlanacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Gürcüstan-Türkiyə sərhəd keçid məntəqəsi bağlanacaq

Gürcüstan-Türkiyə sərhəd keçid məntəqəsi bağlanacaq

Gürcüstan-Türkiyə “Sarpi” sərhəd keçid məntəqəsi yanvarın 31-də müvəqqəti olaraq bağlanacaq.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, “Sarpi” sərhəd keçid məntəqəsi Gürcüstan ilə Türkiyə arasında ən böyük keçid məntəqəsidir. Məntəqədə piyadalar üçün yeni dəhliz açılacaq. Bununla əlaqədar olaraq yanvarın 31-də səhər saat 10:00-dan 18:00-dək sərhəd keçid məntəqəsi həm avtomobillər, həm də piyadalar üçün bağlanacaq.

Türkiyənin Batumidəki Baş konsulluğu bildirir ki, yeni piyada keçidinin istifadəyə verilməsi məntəqənin işini əsaslı şəkildə asanlaşdıracaq, avtomobillərin və piyadaların keçidini sürətləndirəcək.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *