Gürcüstanla Rusiya arasındakı sərhəd-keçid məntəqəsi hələ də bağlıdır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Gürcüstanla Rusiya arasındakı sərhəd-keçid məntəqəsi hələ də bağlıdır

Gürcüstanla Rusiya arasındakı sərhəd-keçid məntəqəsi hələ də bağlıdır

Gürcüstan ilə Rusiya arasındakı Yuxarı Lars sərhəd-keçid məntəqəsində 242 avtomobil dayanıb.

AzərTAc xəbər verir ki, hazırda Hərbi Gürcüstan yolu kimi tanınan avtomagistralda 132 minik, 110 yük avtomobili var.

Yolda təcili tibbi yardım briqadaları, fövqəladə hallar xidməti və digər aidiyyəti qurumların əməkdaşları sürücülərə, sərnişinlərə lazımi xidmət göstərir. Psixoloqlar ehtiyacı olanlara yardım edirlər.

Yuxarı Larsda çox funksiyalı yeməkxana, ana və uşaqlar üçün səyyar otaqlar quraşdırılıb.

Məlumat üçün qeyd edək ki, Gürcüstanla Rusiyanı birləşdirən yeganə avtomagistral Yuxarı Lars yolu güclü qar, şaxta və qar uçqunu səbəbindən dekabrın 26-da saat 16:00-dan etibarən bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.

Gürcüstan və Rusiya tərəfi avtomobil sahiblərinə alternativ yollardan istifadə etməyi məsləhət görür.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *