Bakıda keçirilmiş hərracda “Kia” 4400 manata satıldı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bakıda keçirilmiş hərracda “Kia” 4400 manata satıldı

Bakıda keçirilmiş hərracda “Kia” 4400 manata satıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib.

Komitədən verilən məlumata görə, bu dəfə özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərindən biri Şirvan şəhəri, Hacıqabul gölünün qərb hissəsində yerləşir. Yardımçı təsərrüfat obyektinin ümumi faydalı sahəsi 200 kv.m-dir. Dövlət əmlakının geniş torpaq sahəsi ilə birgə özəlləşdirilməsi investorun kənd təsərrüfatı üzrə fəaliyyətində əlavə imkanlar yarada bilər. Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsindəki mağazanın isə ümumi faydalı sahəsi 34.8 kv.m-dir.

Paytaxt üzrə özəlləşdirilən qeyri-yaşayış sahələri Sabunçu və Binəqədi rayonlarında yerləşir. Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsindəki obyektin ümumi faydalı sahəsi 287.9 kv.m-dir. Bu qeyri-yaşayış sahəsini özəlləşdirən şəxs onu xidmət və ya ofis obyekti kimi istifadə edə bilər. Biləcəri qəsəbəsində yerləşən obyektin isə ümumi faydalı sahəsi 35.5 kv.m-dir.

Bakıda keçirilmiş hərracda “Kia” 4400 manata satıldı


Hərracda vətəndaş marağına səbəb olan nəqliyyat vasitələrinin buraxılış tarixi 2005-2007-ci illərdir. Rəqabətli mühitdə özəlləşdirilən "Kia Optima" markalı avtomobil üçün qalib iştirakçı son qiymət olaraq 4 min 400 manat təklif edib. Digər rəqabət yaradan nəqliyyat vasitələri isə "Daewoo Nexia" və "Mitsubishi" markalarına aiddir.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac dekabrın 18-i keçiriləcək. Prosesə ümumilikdə 78 dövlət əmlakı çıxarılıb. Bunlardan 29-u kiçik dövlət müəssisə və obyekti, 15-i qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 11-i isə nəqliyyat vasitəsidir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *