Bakıdakı pavilyon özəlləşdirildi: 250 min manata » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bakıdakı pavilyon özəlləşdirildi: 250 min manata

Bakıdakı pavilyon özəlləşdirildi: 250 min manata


Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirib.

Komitədən Oxu.Az-a verilən məlumata görə, hərracda ümumilikdə 13 dövlət əmlakı olmaqla, 3 kiçik dövlət müəssisə və obyekti, 7 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bəzi daşınmaz əmlakların və nəqliyyat vasitələrinin satışı üzrə hərraclar rəqabətli şəraitdə keçib. Özəlləşdirilmiş kiçik dövlət müəssisələrinin 1-i Bakıda, 1-i Tərtərdə, 1-i Zaqatalada, istifadəsiz qeyri-yaşayış sahələrinin 5-i paytaxtda, 1-i Ağcabədidə, digəri isə Oğuzda yerləşir.

Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Nəsimi rayonunda yerləşən pavilyon olub. Belə ki, adıçəkilən əmlak 250 min manata özəlləşdirilib.

Zaqatalada yerləşən obyektin ilkin satışı 20 min manata təklif olunduğu halda, rəqabət nəticəsində 28 min manata, Oğuzda yerləşən əmlak isə 10 min manatdan rəqabət nəticəsində qalxaraq 16 min manata özəlləşdirilib.

Hərrac qalibləri sırasında qadın sahibkarlar da olub. Özəlləşdirilən obyekt və qeyri-yaşayış sahələrinin sonradan məişət, qida, təmir və digər sahələrdə biznes fəaliyyəti üçün istifadə ediləcək.

Qeyd edək ki, növbəti hərrac dekabrın 27-də keçiriləcək. Hərraca 24 səhmdar cəmiyyəti, 57 istifadəsiz qeyri-yaşayış sahəsi, 24 kiçik dövlət müəssisə və obyekti, 10 nəqliyyat vasitəsi olmaqla ümumilikdə 115 dövlət əmlakı çıxarılıb.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *