Yevlaxda mehmanxana, Göygöldə isə sanatoriya hərraca çıxarıldı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Yevlaxda mehmanxana, Göygöldə isə sanatoriya hərraca çıxarıldı

Yevlaxda mehmanxana, Göygöldə isə sanatoriya hərraca çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac yanvarın 8-də keçiriləcək. 2019-cu ilin ilk hərracına ümumilikdə 147 dövlət əmlakı çıxarılıb.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, onlardan 87-si kiçik dövlət müəssisə və obyekti, 43-ü qeyri-yaşayış sahəsi, 17-si isə səhmdar cəmiyyətidir. Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 4 kvadratmetr ilə 2634 kvadratmetr arasındadır. Bu kateqoriyadan olan dövlət əmlakları paytaxtla bərabər, Gəncə, Şəmkir, Ağdaş və digər regionlarda yerləşir.

Sumqayıt şəhəri, Bağlar massivi, dəniz kənarındakı restoranın ümumi faydalı sahəsi 442,5 kvadratmetrdir. Yerləşdiyi ərazi, fəaliyyət sahəsi baxımından gəlirli olan xidmət obyekti torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb. Yevlaxda mehmanxana, "Aztexsənaye" Kiçik Dövlət Müəssisəsi, Göygöldə sanatoriya, Şəmkirdə zavod filialı, Gəncədə istehsal sexi də yüksək ümumi faydalı sahəsi olan dövlət əmlaklarıdır.

Qeyd olunub ki, müxtəlif xidmət sahələri üzrə kiçik biznesə başlamaq istəyənlər qeyri-yaşayış sahələri üzrə seçim edə bilər. Hərraca çıxarılan bu növ dövlət əmlaklarının 30-u Bakıda, digərləri isə Daşkəsən, Sumqayıt, Gəncə və Tərtər kimi şəhər və rayonlarda yerləşir.

Ümumi faydalı sahəsi 12 kvadratmetr və 214 kvadratmetr intervalında olan obyektlərdən biri Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşir. Bu dövlət əmlakının ümumi faydalı sahəsi 67.9 kvadratmetr təşkil edir. İnvestor üçün gəlirli ola biləcək digər bir qeyri-yaşayış sahəsi Tərtər şəhəri, Nizami küçəsindədir. Obyektin ümumi faydalı sahəsi 68.5 kvadratmetrdir.

Dövlətə məxsus səhm paketlərinin hərraca çıxarıldığı səhmdar cəmiyyətləri kənd təsərrüfatı, nəqliyyat, təmir-tikinti və digər sahələrə aiddir. Ümumi səhmlərinin 30-45 faizlik səhm paketləri özəlləşdiriləcək dövlət əmlakları Lənkəran, Şirvan, Xaçmazla yanaşı, digər şəhər və rayonlarda yerləşir. Hərraca çıxarılan səhmlərin ilkin qiyməti 6 min 251 manat və 125 min 992 manat arasındadır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *