Ötən ay Azərbaycanda gündəlik neft hasilatı 783 min barrel olub » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Ötən ay Azərbaycanda gündəlik neft hasilatı 783 min barrel olub

Ötən ay Azərbaycanda gündəlik neft hasilatı 783 min barrel olub

Energetika Nazirliyi oktyabr ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Nazirlikdən bildirilib ki, Azərbaycanda oktyabr ayı üzrə gündəlik neft hasilatı 783 min barrel olub. Bunun 717 min barrelini xam neft, 66 min barrelini kondensat təşkil edib. Gündəlik 627 min barrel xam neft, 66 min barrel kondensat, 4 min barrel isə neft məhsulları ixrac edilib.

Gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barrel, fevralda 806 min barrel, martda 794 min barrel, apreldə 785,7 min barrel, mayda 801 min barrel, iyunda 792 min barrel, iyulda 773 min barrel, avqustda 774 min barrel, sentyabrda isə 796 min barrel olub.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *