Ukraynada təbii qaz 23,5% bahalaşdı
Ukraynada noyabrın 1-dən sakinlər üçün təbii qazın qiyməti 23,5% artırılaraq min kubmetr üçün 8550 qrivenə (305 dollar) bərabər olub.
Hökumət bu qərarı Ukraynanın əsas kreditorunun - Beynəlxalq Valyuta Fondunun (BVF) tələbi ilə qəbul edib.
"Danışıqlara tariflərin mövcud qiymətin 60% artırılması təklifi ilə başlamışdıq. Lakin danışıqlar və kompromislər nəticəsində fərqli yanaşma tapdıq və noyabrın 1-dən etibarən qiymətlər 60% yox, yalnız 23,5% artacaq", - Ukraynanın Baş naziri Vladimir Qroysman dünən bildirib.
Ukraynanın sosial siyasət naziri Andrey Revanın proqnozlarına görə, qazın qiymətinin qaldırılması istilik və isti su tariflərinin də artmasına səbəb olacaq.
Mənbə:> Virtualaz.org