Rusiya Ermənistana satdığı təbii qazın qiymətini artıracaq
Rusiyanın Ermənistana satdığı təbii qazın tarif qiyməti artırılacaq.
Ermənistanın təbii qazın alınması ilə bağlı Rusiyanın "Qazprom" şirkəti ilə imzaladığı müqavilə yaxın vaxtlarda başa çatacaq. Müqavilə başa çatdıqdan sonra imzalanacaq yeni sənəddə "mavi yanacağ"ın qiymətlərinin artırılması nəzərdə tutulub.
Ermənistanın "Qrammark" qəzeti də Rusiyadan olan ekspertlərə istinadən yazıb ki, Rusiyanın Ermənistana satdığı təbii qazın qiymətləri artırılacaq. Ekspertlər bildirirlər ki, təbi qazın satışı ilə əlaqədar yeni sxem hazırlanıb. Həmin sənəddə təbii qazın qiymətinin dəyişəcəyi və artacağı barədə məlumatlar əksini tapıb.
Ekspertlər bildiriblər ki, Ermənistana satılan təbii qazın qiyməti artacaq: "Bu, o deməkdir ki, rəsmi Moskva Ermənistanın yeni hökumətinə etibar etmir"- deyə, ekspertlər vurğulayıblar.
Məlumat üçün qeyd edək ki, Rusiya təbii qazı Gürcüstandan keçməklə Ermənistana çatdırılır.
Mənbə:> Report