"Brent" markalı neftin qiyməti 85 dolları ötdü
Dünya bazarında neftin qiyməti artmaqda davam edir.
Virtualaz.org bildirir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 2,6 faiz artaraq 85,02 dollara (bir barel) çatıb.
Qeyd edək ki “Brent” markalı neft sonuncu dəfə 85 dollardan yuxarı qiymətə 2014-cü ilin noyabr ayında satılıb.
Mənbə:> Virtualaz.org