Brent markalı neftin qiyməti 55 dolları ötdü
Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftin qiyməti bir barel üçün 1,61% artaraq 55,03 dollar təşkil edib.
Nyu-York birjasında WTI markalı neftin qiyməti 1,53% bahalaşaraq bir barel üçün 52,91 dollara bərabər olub.
Mənbə:> Oxu.Az