Neftin qiyməti açıqlandı
Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftinin yanvar fyuçerslərinin qiyməti 0,06% artaraq bir barelə görə 53,03 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 0,24% bahalaşaraq 49,89 dollara satılıb.
Qeyd edək ki, bununla belə dünən səhər saatlarında Brent və WTI markalı neftin qiymətləri müvafiq olaraq 53,93 və 50,93 dollar olmuşdu.
Mənbə:> Oxu.Az