Neftin qiyməti bahalaşdı
Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftinin dekabr fyuçerslərinin qiyməti 0,92% artaraq bir barelə görə 46,00 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 1,09% bahalaşaraq 44,55 dollara satılıb.
Mənbə:> Oxu.az