Brent markalı neftin qiyməti 52 dolları ötdü
Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,15% bahalaşaraq 52,11 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,59% artaraq 50,74 dollar təşkil edib.
Qeyd edək ki, bununla belə, dünən Brent və WTI markalı neftin qiymətləri müvafiq olaraq 51,45 və 49,80 dollar təşkil edib.
Mənbə:> Oxu.Az