Dünya bazarlarında neftin qiyməti bahalaşır
Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftin qiyməti bir barel üçün 0,72% artaraq 55,87 dollar təşkil edib.
Nyu-York birjasında WTI markalı neftin qiyməti 0,78% bahalaşaraq bir barel üçün 53,74 dollara bərabər olub.
Mənbə:> Oxu.az