İlon Mask “Tesla”da vəzifəsindən məhrum oldu » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

İlon Mask “Tesla”da vəzifəsindən məhrum oldu

İlon Mask “Tesla”da vəzifəsindən məhrum oldu


İlon Mask “Tesla” şirkətinin direktorlar şurası sədri vəzifəsini tərk edəcək.

Oxu.Az xəbər verir ki, iş adamı və ABŞ Qiymətli kağızlar üzrə komissiya onun fırıldaqçılıqda ittiham edilməsindən sonra belə bir razılıq əldə ediblər. Eyni zamanda Mask şirkətin baş direktoru kimi fəaliyyətini davam etdirəcək.

Mask direktorlar şurasının sədri vəzifəsini 45 gün ərzində tərk etməlidir. Razılığa əsasən, o, yaxın 3 ildə bu vəzifəyə qayıda bilməyəcək. Onu müstəqil menecer əvəzləyəcək.
Mask həmçinin 20 milyon dollar cərimə ödəyəcək. Eyni məbləğdə cəriməyə “Tesla” da məruz qalıb.

Qiymətli kağızlar üzrə komissiyanın Maska qarşı iş qaldırmasına səbəb onun “Twitter” hesabında yerləşdirdiyi məlumat olub. Belə ki, iş adamı şirkəti özəlləşdirmək və bütün səhmləri bazar qiymətindən daha yüksək - 420 dollara almaq niyyətində olduğunu bildirmişdi.

Lakin sonradan o, bu planlarından imtina etmişdir. Bu addım da ona qarşı səhmlərin qiymətinə təsir göstərmək məqsədi ilə fırıldaqçılıqda ittiham irəli sürülməsinə əsas vermişdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *