İlk kosmik turistin adı açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

İlk kosmik turistin adı açıqlandı

İlk kosmik turistin adı açıqlandı


“SpaceX” şirkətinin ABŞ-ın Kaliforniya ştatının Xotorne şəhərindəki baş qərargahında xüsusi mətbuat konfransı baş tutub. Konfrans zamanı İlon Mask Aya səyahət edəcək ilk kosmik turistin adını açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu şəxs Yaponiyanın “Zozo” saytının sahibi, milyarder Yusaka Maedzava olacaq.

Onun var-dövlətinin üç milyard dollar dəyərində olduğu bildirilib. Maedzavanın bu səfər üçün nə qədər pul xərclədiyi məlum deyil. Hazırda Maedzavanın 42 yaşı var. Aya səfər isə 2023-cü ildə baş tutacaq. İlon Mask yaponiyalı turistlə birgə uçacağını istisna etməyib.

Xatırladaq ki, 2017-ci ilin fevralında “SpaceX” şirkəti 2018-ci ilin sonunda Ay ətrafına turist göndərmək niyyətini açıqlamışdı. Bildirilmişdi ki, kosmosa göstərilən məbləği ödəyən iki nəfər göndəriləcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *