İlon Maskdan ŞOK QƏRAR: SpaceX və Tesla şirkətlərinin Facebook səhifələrini sildi
“SpaceX” və “Tesla” şirkətlərinin sahibi olan İlon Mask şirkətlərinin “Facebook”dakı rəsmi səhifələrini silib.
AzNews.info xəbər verir ki, “Cambridge Analytica” şirkətinin 50 milyona yaxın insanın şəxsi məlumatını “Facebook”dan ələ keçirməsindən sonra “deletefacebook” (Facebook-u sil” kampaniyası başlayıb.
“SpaceX” və “Tesla” şirkətləri təsisçiləri olan İlon Maskın tvitlərindən sonra rəsmi facebook səhifələrini siliblər. Buna səbəb İlon Maskın tvitterdəki izləyiciləri ilə olan yazışmaları olub.
20 mart amerikalı proqramist və iş adamı, WhatsApp şirkətinin qurucusu Brayan Ekton tvitter hesabında "Facebook-u silmək zamanıdır" deyə tvit yazıb. Buna cavab olaraq Mask "Facebook nədir?" sualını verib.
Daha sonra Maskın izləyiciləri ona facebook səhifələrinin silinməsini təklif ediblər. Bu təkliflərdən bir neçə saat sonra 5 milyondan çox izləyicisi olan səhifələr silinib. Hazırda həmin səhifələrə giriş mümkün deyil.
Mənbə:> AzNews.info