İlon Maskın maşını Marsın orbitini ötdü, astereoidlərə tərəf gedir » AzNews.info -Xəbər portalı

İlon Maskın maşını Marsın orbitini ötdü, astereoidlərə tərəf gedir – KOSMONAVTİKADA İNQİLAB + VİDEO

İlon Maskın maşını Marsın orbitini ötdü, astereoidlərə tərəf gedir

ABŞ-ın “SpaceX” şirkəti dünyanın ən ağır və nəhəng raketi olan “Falcon Heavy” raketini özünün “Tesla Roadster” idman avtomobili ilə birlikdə uzaq kosmosa göndərib. Virtualaz.org xəbər verir ki, İlon Maskın şirkətinin həyata keçirdiyi bu raket buraxılışı kosmonavtika tarixində inqilab hesab edilir. Çünki dünya kosmonavtika tarixində bu cür iri raketin Marsətrafı orbitə çıxarılmasına, ümumiyyətlə kosmosa çıxmasına hələ heç kim nail olmamışdı.

İlon Mask isə nəinki bu cür ağır raketi kosmosa çıxarıb, üstəlik onun iki yan sürətləndirmə blokunun uğurla Yerə geri qaytarılmasına nail olub. Raketin özünün birinci pilləsini də təkrar istifadə üçün Yerə qaytarmaq nəzərdə tutulurdu, lakin bu pillə enmə platformasından cəmi 300 metr yan keçərək okeana düşüb. Bununla belə “Falcon Heavy” raketinin buraxılışı uğurlu hesab edilib.

İlon Maskın maşını Marsın orbitini ötdü, astereoidlərə tərəf gedir


Raketin buraxılışı Bakı vaxtı ilə saat 00.35-də Florida ştatındakı Kennedi Kosmik Mərkəzinin “Kaneveral” kosmodromundan həyata keçirilib. “SpaceX” şirkəti özünün YouTube kanalında raketin startını və uçuşunu canlı yayımlayıb. Raketin maksimal yükqaldırma qabiliyyəti 64 tondur, “Falcon Heavy” Mars planetinə 17 tona qədər yük çatdıra bilər.

Bu buraxılış sınaq xarakteri daşıdığı üçün İlon Maskın qarşısında kosmosa faydalı yük çatdırmaq vəzifəsi qoyulmamışdı. Lakin “SpaceX” şirkətinin sahibi özünün “Tesla Roadster” ekoloji təmiz idman avtomobilini faydalı yük kimi raketin başlığına yerləşdirib. Avtomobilin sükanı arxasında kosmik skafandr geyindirilmiş manken əyləşdirilib və kameralar avtomobilin salonundan Yerə canlı yayımla görüntülər ötürüb. Yerin cazibə qüvvəsinin təsirindən çıxan raket İlon Maskın avtomobili ilə birlikdə Marsa tərəf uçmağa başlayıb. İlon Mask raketin Marsətrafı orbitə çıxması ehtimalını aşağı dəyərləndirir. Son məlumatlara görə raket heliosentrik orbit üzrə hərəkət edərək astereoidlərə tərəf uçmaqdadır.



“Mühərriklərin üçüncü pillədə işə salınması uğurlu keçdi. Marsın orbitini keçdik və astereodilər zolağına tərəf uçuruq”-İlon Mask özünün Tvitter hesabında yazıb. Gözlənildiyi kimi raket startdan 6 saat sonra Yerin orbitini tərk edib. “SpaceX” kanalının YouTube kanalı İlon Maskın avtomobilinin salonunda quraşdırılmış kameralardan Yerə ötürülən görüntüləri canlı yayır.

İlon Mask il ərzində daha iki belə raketi kosmosa buraxmağa hazırlaşır. Bir raketin buraxılması üçün 90-120 milyon dollar xərc tələb edilir. Maskın rəqibi olan ULA şirkətinin “Delta IV” superağır raketi bununla müqayisədə daha bahadır-164-400 milyon dollar. Bu raket 29 ton faydalı yük qaldıra bilir.

İlon Maks gələcəkdə “Falcon Heavy” raketləri ilə Marsa yük daşımağa və orada müstəmləkə qurmağa hazırlaşır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *