Şimali Koreya üç ballistik raketin buraxılışını həyata keçirib
Raketlərin növü və məsafəsi hələlik müəyyənləşdirilməyib.
Şimali Koreya Yapon dənizi istiqamətində üç ballistik raketin buraxılışını həyata keçirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının Qərargah rəislərinin komitəsi məlumat yayıb.
“Şimal Hvanxe-Pukto əyalətinin Hvançju rayonundan yerli vaxtla saat 12:14-də (Bakı vaxtı ilə saat 07:14) üç ballistik raketin buraxılışını həyata keçirib”, - komitənin məlumatında deyilir.
Raketlərin növü və məsafəsi hələlik müəyyənləşdirilməyib.
Raketlərin buraxılışı ÇXR-in sədri Si Tszinpin Cənubi Koreya prezidenti Pak Kın He ilə G20 sammitinin çərçivəsində danışıqlar apardıqdan, o cümlədən də Şimali Koreya nüvə-raket problemi məsələsini də müzakirə etdikdən bir neçə saat sonra həyata keçirilib.
Mənbə:> Oxu.Az