“Sınıq Körpü”də tikilən yeni mərkəz istifadəyə verilir
“Sınıq Körpü” gömrük-keçid məntəqəsində Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Ticarətin Asanlaşdırılması Mərkəzi tikilir.
Oxu.Az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bildirib.
Onun sözlərinə görə, mərkəzin tikilməsində məqsəd sıxlığın aradan qaldırılmasıdır:
“Bu yenilik sərnişinlərlə bağlı deyil. Yük maşınlarının qeydiyyatının tezləşdirilməsi məqsədi daşıyır. Sərnişinlərin sıxlığına gəlincə, prezidentin bu barədə tapşırığı var. Sərhəd keçid məntəqələrinin maddi-texniki bazaları yenilənəcək. Bunun üçün maliyyə də nəzərdə tutulub”.
O, Ticarətin Asanlaşdırılması Mərkəzinin bu ayın sonunda istifadəyə veriləcəyini deyib.
Mənbə:> Oxu.Az