“Sınıq Körpü”dən ticarət mallarının keçirilməsi asanlaşacaq
Azərbaycan ilə Gürcüstan sərhədində yerləşən “Sınıq Körpü” gömrük postunun yaxınlığında tikilən “Ticarətin Asanlaşdırılması Mərkəzi”nin inşası tezliklə yekunlaşacaq.
Oxu.Az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarəti Baş İdarəsinin böyük inspektoru Rövşən Namazov deyib.
O qeyd edib ki, mərkəz Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən birgə icra olunan “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi çərçivəsində inşa edilir:
“Bununla da “Sınıq Körpü” sərhəd-keçid məntəqəsində mal və nəqliyyat vasitələrinin sürətli keçidinə, ticarətin asanlaşdırılmasına şərait yaranacaq”.
Mənbə:> Oxu.Az