Azərbaycan neftinin qiyməti 78 dolları keçdi
Dünya birjalarında neftin qiyməti ucuzlaşır.
Virtualaz.org bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,05 dollar ucuzlaşaraq 75,90 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti 0,02 dollar azalaraq 68,51 dollar olub.
Azərbaycan neftinin qiyməti isə bahalaşıb.
Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,64 dollar bahalaşaraq 78,15 dollar təşkil edib.
Mənbə:> Virtualaz.org